top
Bu gün mərhum Əməkdar artist Təvəkkül Əliyevin doğum günüdür
21 avqust 2023, 03:57
- ↺ +

Bu gün mərhum Əməkdar artist Təvəkkül Əliyevin doğum günüdür

Bu gün, avqustun 21-i Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist, mərhum Təvəkkül Əjdər oğlu Əliyevin doğum günüdür.

Təvəkkül Əliyev 1951-ci ildə Neftçalada anadan olub. 1973-cü ildə İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirdikdən sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Onun Lənkəran teatrının səhnəsində oynadığı ilk rol M.İbrahimovun “Yaxşı adam” pyesindəki Azər obrazı olub.

Daha sonra o, N.Xəzrinin “Sən yanmasan”, İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı”, N.Hikmətin “Bayramın birinci günü”, A.P.Çexovun “Yubiley”, M.İbrahimovun “Kəndçi qızı”, M.Musiyenkonun “Nəsillər, eşidin!”, V.Şekspirin “Qış nağılı”, H.Cavidin “Topal Teymur”, S.Vurğunun “Fərhad və Şirin”, Ə.Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar”, Ə.Əylislinin “Vəzifə” və onlarla digər əsərlərdə Eldar, Nicat, Şadi bəy, Xirin, alman zabiti, Rəşad, Sillerqut, İldırım Bəyazid, Fərhad, Mirzəqulu xan, Əjdər kimi yaddaqalan obrazlar yaradıb.

Azərbaycan Respublikasının Əməkdar artisti Təvəkkül Əliyev 25 iyun 2013-cü ildə “Tərəqqi” medalı ilə təltif olunub. 23 yanvar 2017-ci ildə Lənkəranda ürək tutmasından vəfat edib. Bakıda, Zabrat qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, mərhum aktyor Təvəkkül Əliyev Xalq artisti Böyükxanım Əliyevanın həyat yoldaşı olub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
Bu gün, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
Bu gün, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
Bu gün, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Bu gün, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Bu gün, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Bütün xəbərlər
Bu gün, 12:20

43 yaşlı Saatlı sakini təcili yardım mərkəzinin həyətində öldü

Bütün xəbərlər
Bu gün, 11:52

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Bütün xəbərlər
Bu gün, 11:07

Qulağı kəsilən cəlilabadlı "İmişli balasıyam" deyəni öldürdü

Bütün xəbərlər
Bu gün, 10:30

Monqolustandan gətirilən quzu əti bahalaşdı

Bütün xəbərlər
Bu gün, 09:50

19 yaşlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:13

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Bütün xəbərlər
Bu gün, 00:01

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
Dünən, 19:00

Sentyabrda havanın temperaturu normadan yuxarı olub

Bütün xəbərlər
Dünən, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
Dünən, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Siyasət
Dünən, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
Dünən, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
Dünən, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Bütün xəbərlər
Dünən, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:30

Gələn həftə Drakonid meteor yağışı olacaq

Bütün xəbərlər
Dünən, 12:50

Oktyabrda 9 gün iş olmayacaq - TARİXLƏR AÇIQLANDI

Oxşar xəbərlər