top
Boradigah qəsəbəsinin işıq problemi sakinləri narahat edir
02 sentyabr 2023, 03:16
- ↺ +

Boradigah qəsəbəsinin işıq problemi sakinləri narahat edir

Masallının ən böyük yaşayış məntəqəsi olan Boradigah qəsəbəsinin elektrik təsərrüfatı infrastrukturunun yenilənməsinə ehtiyac var. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 sentyabr tarixində Report.az-a istinadən verir.

Sakinlər qəsəbənin transformatorlarının və elektrik dirəklərinin qəzalı vəziyyətdə olduğunu bildirirlər.

“Ərazidəki transformatorlar istismar müddətini çoxdan başa vurub. Bundan başqa, yağışlı vaxtlarda transformatorlar əsl təhlükə mənbəyinə çevrilir. Üstü açıq, qəzalı transformatorların heç birinin mühafizə səddi yoxdur.

Sakinlər onları narahat edən problemlərlə bağlı aidiyyəti qurumlara müraciət etmək məcburiyyətində qalıblar.

Onlar qeyd ediblər ki, ölkənin ən böyük şəhər tipli qəsəbələrindən olan Boradigahda 10 mindən artıq sakin yaşayır. Qəsəbədə iki məktəb, xəstəxana, poliklinika, polis bölməsi və digər dövlət qurumları fəaliyyət göstərir.

Masallı Rayon Elektrik Şəbəkəsinin rəisi Samir Hüseynov açıqlamasında abonentlərin şikayətinin yerində araşdırıldığını söyləyib. Onun sözlərinə görə, məsələ ilə bağlı Bakıdan nümayəndə gəlib, sakinlərlə görüşüb. Müəyyən olunub ki, vəziyyət tam olaraq sakinlərin söylədikləri kimi deyil. Lakin problemlər mövcuddur və mütəmadi olaraq aradan qaldırılır.

Belə ki, Bakıdan gələn nümayəndələrin iştirakı ilə evlərdə ölçmələr aparılıb. Gərginliyin 220 voltdan yuxarı olduğu qeydə alınıb. Müraciətdə əks olunan dayaqların da köhnə fotoşəkillər olduğu müəyyən edilib. Sakinlər özləri də bunu təsdiq ediblər. Çünki ərazidəki dayaqlar yenilənib. O ki qaldı köhnə transformatorlara, rəhbərlik tərəfindən həmin transformatorlar üçün təhlükəsizliyi təmin edən xüsusi örtük qutuları ayrılıb. Biri artıq yerinə qoyulub, yaxın günlərdə digərlərinin də quraşdırılması həyata keçiriləcək”.

Qeyd edək ki, Boradigah qəsəbəsində 1610 əhali, 164 qeyri-əhali abonenti var. Qəsəbə 110-35 kilovoltluq Tüklə yarımstansiyasından çıxan 10 kilovoltluq 6 saylı hava xəttindən qidalanır. Ərazidə müxtəlif güclərdə olan 14 transformator yarımstansiyası mövcuddur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:13

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Bütün xəbərlər
Bu gün, 00:01

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
Dünən, 19:00

Sentyabrda havanın temperaturu normadan yuxarı olub

Bütün xəbərlər
Dünən, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
Dünən, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Siyasət
Dünən, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
Dünən, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
Dünən, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Bütün xəbərlər
Dünən, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:30

Gələn həftə Drakonid meteor yağışı olacaq

Bütün xəbərlər
Dünən, 12:50

Oktyabrda 9 gün iş olmayacaq - TARİXLƏR AÇIQLANDI

Kriminal
Dünən, 12:15

Lənkəranlı söyüşə görə qardaşını öldürüb - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:37

Vətən müharibəsi şəhidimizin ad günüdür

Kriminal
Dünən, 11:00

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Bütün xəbərlər
Dünən, 10:26

Bu gündən əsgərlər ehtiyata buraxılır

Kriminal
Dünən, 09:41

Masallıda qəza olub, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 09:03

Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub

Bütün xəbərlər
Dünən, 00:05

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

İqtisadiyyat
30 sentyabr 2026, 17:43

Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni həddi aylıq 50 min manata qaldırıb - YENİ QƏRAR

İqtisadiyyat
30 sentyabr 2026, 17:15

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Bütün xəbərlər
30 sentyabr 2026, 16:40

Lerikdə gənc müəllimlər arasında "Breyn Rinq" keçiriləcək

Bütün xəbərlər
30 sentyabr 2026, 16:00

Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu

Oxşar xəbərlər