top
Biz sevgimizi də səssiz yaşamışıq - Şəhid Orxan Əkbərovun son FOTOSU
Bu gün, 12:00
- +

"Biz sevgimizi də səssiz yaşamışıq" - Şəhid Orxan Əkbərovun son FOTOSU

  Bəzən bir insanın bütöv ömrü bir fotoda qalır. Son baxış, son təbəssüm, çiyin-çiyinə dayandığı silahdaşları və həmin an heç kimin bilmədiyi bir ayrılığın kölgəsi…

Polkovnik-leytenant Orxan Əkbərovun ailəsinə qalan son fotolarından biri də belədir. Səngərdə, silahdaşları ilə birlikdə çəkilib. Həyat yoldaşı Nuranə Əkbərova deyir ki, həmin şəkil Orxanın şəhid olmasından cəmi bir gün əvvəl lentə alınıb.

Fotodakı hərbçilər onunla eyni səngərdə döyüşən qəhrəmanlardır. Onlardan bəziləri sonradan şəhidlik zirvəsinə ucalıb.

Şəhidin xanımı Nuranə Əkbərova Orxan haqqında danışmağın onun üçün həm ağır, həm də qürurlu olduğunu söyləyir:

"Orxanı yalnız şəhid kimi xatırlamıram. O, mənim həyatımı paylaşdığım, ömrümün ən gözəl xatirələrini yaşadığım insan idi. Ailəsinə çox bağlı, dostlarına sadiq, doğmalarına qarşı diqqətli idi. Böyüklə böyük, kiçiklə kiçik olmağı bacarırdı. Heç kimin xətrinə dəymək istəməzdi".

"Həqiqətən, xoşbəxt qadın olmuşam"

İllər keçsə də, Nuranə xanım üçün bir söz, bir əşya, bəzən adi bir görüntü belə onu keçmişə qaytarır:

"Onun gülüşü, danışığı, ailəsinə münasibəti, bizə olan sevgisi heç vaxt yaddan çıxmayacaq. Orxanla yaşadığım günləri xatırlayanda deyirəm ki, həqiqətən, çox xoşbəxt qadın olmuşam. Bu gün də qürurluyam ki, belə bir qəhrəmanın həyat yoldaşıyam. Onun xatirəsini yaşatmağı isə özümə borc bilirəm".

Orxan Əkbərovun iki övladı yadigar qalıb. Atalarını kiçik yaşlarında itirsələr də, onunla bağlı xatirələr uşaqların yaddaşından silinməyib.

Nuranə xanım deyir ki, bəzən övladlarının Orxanı bu qədər aydın xatırlaması onun özünü də təəccübləndirir:

"Deyirdim, balaca olublar, bəlkə çox şeyi xatırlamazlar. Amma yox. Oturub elə xatirələr danışırlar ki… Deyirlər, "ata işdən gələndə bizimlə oynayırdı, məzuniyyətə çıxanda bizi gəzməyə aparırdı". İndi mən onları həmin yerlərə aparanda deyirlər ki, onmlar daha əvvəl bura atayla da gəlmişdilər".

Onun sözlərinə görə, Orxan Əkbərov həm həyat yoldaşı, həm də ata kimi ailəsinin yaddaşında dərin izlər qoyub:

"Mən deyərdim ki, ideal həyat yoldaşı, ideal ata idi".

Son görüş - məktəb hazırlığı üçün

Nuranə Əkbərovanın yaddaşında ən aydın qalan günlərdən biri 13 sentyabrdır.

Bu, ailənin Orxanla son görüşü olub.

"Biz rayonda idik. O gəldi. Qarşıdan məktəblərin açılması gəlirdi. Uşaqlarla birlikdə çıxdıq, onlara məktəb geyimləri, dərs ləvazimatları aldıq. İndi hər sentyabr gələndə həmin günü yenidən xatırlayıram".

Əslində, sonununcu dəfə birlikdə keçirdikləri vaxt heç bir sutka da olmayıb. Amma Nuranə xanım həmin bir neçə saatı bir ömrə bərabər sayır:

"Bir gün yaşadıq, hətta bir sutka belə olmadı. Amma o qədər gözəl xatirədir ki, bizə, övladlarıma bir ömür yetər. Hər il məktəb vaxtı gələndə ataları ilə həmin hazırlığı xatırlayırlar".

Son danışıq, son foto…

Ailənin Orxan Əkbərovla son telefon danışığı oktyabrın 1-də olub.

Nuranə Əkbərovanın sözlərinə görə, həmin gün Orxan səngərdə silahdaşları ilə birlikdə son fotosunu da çəkdirib:

"Oktyabrın 1-də bizimlə danışdı. Mənə göndərdiyi bu foto da elə həmin gün səngərdə çəkilib. Orxanın son fotosudur…"

"Xidmətə başladığı gündən ön xətdə olub"

Nuranə Əkbərova həyat yoldaşının hərbi xidmətindən danışarkən onun uzun illər ön xətdə çalışdığını da xüsusi vurğulayır.

Orxan Əkbərov Azərbaycan Ordusunda xidmətə başladığı ilk illərdən kəşfiyyat sahəsində çalışıb. Leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinədək yüksəlib. Şəhid olduğu vaxt hərbi hissə komandiri olub.

"Orxan işlədiyi illər ərzində bir gün də arxa cəbhədə xidmət etməyib. İlk gündən ön xətdə olub. 20 ildən artıq Vətənə xidmət edib. Onunla çiyin-çiyinə xidmət edən zabitlər, əsgərlər bu gün də onun necə vətənpərvər insan olduğunu danışırlar".

Bu gün də bəzən illər əvvəl Orxan Əkbərovun tabeliyində xidmət etmiş insanlar ailə ilə əlaqə saxlayırlar.

Nuranə xanımın sözlərinə görə, elə müsahibə üçün səs yazısını göndərdiyi vaxt onların ailəsinə zəng edilib. Məlum olub ki, uzun illər Rusiyada yaşayan, Orxan Əkbərovun vaxtilə komandiri olduğu keçmiş hərbçilərdən biri Azərbaycana qayıtdıqdan sonra onu axtarıb.

Zəngə isə Orxanın nömrəsindən istifadə edən oğlu cavab verib.

"Deyib ki, komandirlə danışmaq istəyir. Oğlum da bildirib ki, atası şəhid olub. Bu xəbəri eşidəndə çox ağrı keçirib. Deyib ki, illər sonra Vətənə qayıdanda komandiri axtarıb, belə bir xəbəri eşitmək onun  üçün çox acıdır".

Ailə üçün belə zənglər bir az kədərli,  həm də qiymətlidir. Çünki illər keçdikcə, Orxan Əkbərov haqqında yeni bir xatirə, onun həyatının ailəyə məlum olmayan başqa bir səhifəsi ortaya çıxır.

"Biz sevgimizi də səssiz yaşamışıq"

Kəşfiyyatçı ailəsinin həyatı isə hər zaman bir qədər fərqli olub.

Nuranə Əkbərova deyir ki, həyat yoldaşının peşəsi səbəbindən ailə uzun illər çox qapalı həyat yaşayıb:

"Biz hər zaman məxfi yaşamışıq. İndi danışanda bəzən öz-özümə düşünürəm ki, görəsən, bunları deməyim Orxanın ruhunu narahat etməz? Çünki kəşfiyyatçı idi, bizi də elə öyrətmişdi. Ailə həyatımızı, sevgimizi cəmiyyətə göstərməzdik. Hər şeyi özümüz yaşayırdıq. Amma çox xoşbəxt ailə idik".

İndi həmin səssiz ailə həyatından geriyə xatirələr, iki övlad və bir neçə foto qalıb…

Nuranə Əkbərova istəyir ki, Orxan Əkbərov yalnız döyüş meydanında şəhid olmuş hərbçi kimi deyil, ailəsinin yaddaşında qalan insan kimi də tanınsın:

"İstəyirəm, insanlar onu yalnız şəhid kimi deyil, necə gözəl insan, necə gözəl həyat yoldaşı, necə ailəsinə bağlı ata olduğunu da xatırlasınlar".

Onun sözlərinə görə, Orxandan danışarkən kövrəlməsi acizlik deyil:

"Bu zəiflik deyil, sevgidəndir. İnsan sevdiyini itirəndə onun xatirələri ilə yaşayır. Mən onunla hər zaman fəxr edəcəyəm, xatirəsini yaşadacağam".

Və sonda bir ana kimi övladlarına, bir həyat yoldaşı kimi isə Orxanın xatirəsinə baxaraq Nuranə xanımın söylədiyi sözlər:

"Biz xoşbəxtik ki, belə bir qəhrəmanın ailəsiyik. Övladlarım belə bir atanın övladlarıdır. Vətənini sevən, Vətəni üçün ölümün üzərinə gedən bir insanın ailəsi olmaq bizim üçün böyük şərəf və qürurdur".

Orxan Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub. 1989-1997-ci illərdə Saatlı şəhər 3 nömrəli, 1997-1999-cu illərdə isə Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi, iki övladı yadigar qalıb.

Azərbaycan Ordusunun polkovnik-leytenantı Orxan Əkbərov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub, oktyabrın 6-da Biləsuvar şəhərində dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Orxan Əkbərova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. O, həmçinin 15 dekabr 2020-ci il tarixli Sərəncamla "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamla isə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Mənbə: Modern.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:04

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Bütün xəbərlər
Bu gün, 13:03

Sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 17:30

Yetkinlik yaşına çatmayan baldızı ilə münasibətdə oldu — Biləsuvarda DƏHŞƏT

Cəmiyyət
Dünən, 16:29

Fərrux dağında itkin düşən 62 hərbçidən biri - 34 ildir ailəsi onun taleyindən xəbər gözləyir

Bütün xəbərlər
Dünən, 15:03

Biləsuvar sakini avtomobil qəzasında öldü

Cəmiyyət
Dünən, 14:05

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı

Bütün xəbərlər
Dünən, 13:06

Sabirabadlı idmançı boccia üzrə dünya çempionatında tarixi uğura imza atıb

Bütün xəbərlər
Dünən, 12:21

Masallı sakini palıddan yıxılaraq ölüb

Kriminal
Dünən, 11:36

Sabirabadda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edilib

İdman
Dünən, 10:46

Sabirabadlı idmançı boccia üzrə dünya çempionatında tarixi uğura imza atıb

Bütün xəbərlər
Dünən, 10:03

Azyaşlıya pasport verilməsi üçün razılıq ərizəsini artıq "mygov"dan əldə etmək mümkündür

Cəmiyyət
Dünən, 09:05

617 balla baytarlığı seçən lənkəranlı abituriyent

Bütün xəbərlər
29 avqust 2026, 17:08

Azərbaycanın üç şəhərində su mənbələrinin yaradılması üçün tender elan edilib

Bütün xəbərlər
29 avqust 2026, 16:02

Əhalinin banklardakı pulu 18 milyard manata çatıb

Bütün xəbərlər
29 avqust 2026, 15:05

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bütün xəbərlər
29 avqust 2026, 14:03

Salyanlı tələbə faciəli şəkildə öldü

Faydalı
29 avqust 2026, 13:02

Astaranın Miki kəndi qazlaşdırılmasını gözləyir

Bütün xəbərlər
29 avqust 2026, 12:00

Dələduzluğa görə axtarışda olan 11 nəfər istintaqa təhvil verilib

Bütün xəbərlər
29 avqust 2026, 11:03

Baş Dövlət Yol Polisi İdarəsindən MÜRACİƏT

İqtisadiyyat
29 avqust 2026, 10:02

İtkin düşən 16 nəfər tapıldı

Bütün xəbərlər
29 avqust 2026, 09:24

Toy karvanında avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Kriminal
28 avqust 2026, 17:50

Həmkəndlisini yumruqla ağır yaralayan Masallı sakininə 5 il həbs

Kriminal
28 avqust 2026, 15:00

9 bıçaq zərbəsilə qayınanasını öldürən gəlinin cəzası dəyişdirildi

Oxşar xəbərlər