Biləsuvar rayonunun Xırmandalı kəndində yanğın hadisəsi qeydə alınıb.
Cenublu.az xəbər verir ki, ümumi sahəsi 180 m² olan marketin tavanından keçən elektrik kabeli 1 paq.m yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 3 m² sahədə əriyib.
Marketin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.