8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Masallı və Lənkəran “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 mart tarixində verir.
Belə ki, vətəndaşlar 9 martdan etibarən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, Lənkəran “ASAN xidmət” mərkəzi rayonun Qurumba kəndində, Ələt-Astara avtomobil yolunun 172-ci km-də, Masallı “ASAN xidmət” mərkəzi isə şəhərin Heydər Əliyev prospektində yerləşir.