Cənub bölgəsində bayram süfrəsinin əsas nemətlərindən olan balığın qiyməti artıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 mart tarixində Xezerxeber-ə istinadən verir.
Alıcılar bildiriblər ki, mart ayının ilk günlərindən qiymətlərdə artım müşahidə olunur. Satıcılar isə qeyd ediblər ki, qiymətlər balığın çeşidlərinə görə dəyişir.
Piştaxtalarda satılan balıqların kiloqramı iki manatdan başlayır. Ən bahalı balığın qiyməti isə 30 manatdır. Əsasən, çərşənbənin rəmzinə çevrilmiş kütüm balığının qiymətində artım var.
Satıcılar bildirirlər ki, bazarda yerli balığa rast gəlmək çətindır. Olanda da, çox az və baha olur. Əsasən, İran və Rusiyadan gələn sazan balıqlarına tələbat var.