Cəlilabad rayon prokurorluğunun inzibati binasında baş prokuror Kamran Əliyev vətəndaşları qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 mart tarixində Apa.az-a istinadən verir.
Görüşdə Cəlilabad, Masallı, Yardımlı rayonları və digər bölgələrdən vətəndaşlar olmaqla 75 nəfər iştirak edib.
Qəbulda iştirakçıların müraciətləri əsasında aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.