top
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ad günüdür
26 avqust 2026, 00:01
- ↺ +

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ad günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

26 avqust Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Mehriban Arif qızı Əliyeva Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib, 1990-1995-ci illərdə isə Moskvada Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda çalışıb.

1995-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Mədəniyyət Fondu, 1996-cı ildə isə "Azərbaycan – İrs" jurnalı təsis edilib. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edən Mehriban Əliyeva ölkəmizdə bu sahənin inkişafında mühüm rol oynayıb. Onun təşkilatçılığı ilə Azərbaycanda bir sıra beynəlxalq idman yarışları uğurla keçirilib.

2004-cü ildə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyeva Azərbaycanın mədəniyyətinin, tarixinin və irsinin qorunması, təbliği istiqamətində mühüm layihələr həyata keçirib. Elə həmin il UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

2005, 2010 və 2015-ci illərdə Milli Məclisə deputat seçilən Mehriban Əliyeva 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin olunub.

Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakı, xeyriyyəçilik fəaliyyəti və humanizm prinsiplərinə sadiqliyi ilə tanınan Mehriban Əliyeva çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb.

Cenublu.az Mehriban xanımı doğum günü münasibətilə təbrik edir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

21 oktyabr 2020-ci il: Vətən müharibəsinin 25-ci günü

Bütün xəbərlər
Dünən, 17:32

Azərbaycanda yeni dələduzluq üsulu: Süni intellektlə yaxınlarının səsini təqlid edirlər

Kriminal
Dünən, 16:20

Lənkəranda oğul paltaryuyan maşına görə anasını döydü

Bütün xəbərlər
Dünən, 15:40

Lənkəranın yetişdirdiyi sənər adamları

Bütün xəbərlər
Dünən, 15:00

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Bütün xəbərlər
Dünən, 14:15

Lənkəran çayının sahili zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 13:30

Vətən müharibəsi şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:20

Lerikli şəhidimizin ad günüdür

Kriminal
Dünən, 11:45

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Kriminal
Dünən, 11:07

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

İdman
Dünən, 10:30

Lənkəranlı idmançı ABŞ-də rəqibini nokaut etdi

Bütün xəbərlər
Dünən, 09:57

Biləsuvarda qəza baş verib – ölən var

Bütün xəbərlər
Dünən, 09:21

Astarada kişi pilləkəndən yıxılaraq ölüb

Siyasət
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Siyasət
Dünən, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Bütün xəbərlər
19 oktyabr 2026, 17:54

FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi

Kriminal
19 oktyabr 2026, 17:30

Şantajda təqsirləndirilən iki sayt rəhbəri ilə bağlı QƏRAR

Bütün xəbərlər
19 oktyabr 2026, 16:55

18 yaşlı astaralı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
19 oktyabr 2026, 16:20

Azərbaycanda xərçəng xəstəliyinə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Kriminal
19 oktyabr 2026, 15:45

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

Bütün xəbərlər
19 oktyabr 2026, 15:10

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkarlandı

Bütün xəbərlər
19 oktyabr 2026, 14:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
19 oktyabr 2026, 14:00

Lənkəran Dövlət Universitetində 49 min manatlıq layihə hazırlanacaq

Oxşar xəbərlər