"Azəriqaz" İB-nin əməkdaşları Lənkəran şəhərində vətəndaşları dinləyəcəklər. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 aprel tarixində verir.
"Açıq mikrofon" aksiyası 3 aprel tarixində saat 12:00-dan 13:00-dək Qəni Vəliyev adına Mədəniyyət Mərkəzinin qarşısında baş tutacaq.
Görüşdə həm sakinlər, həm də sahibkarlar qaz təchizatı ilə bağlı problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.