Astara rayonunun Ərçivan qəsəbə sakinləri Ailə Sağlamlıq Mərkəzi binasının bərbad vəziyyətdə olmasından narazıdılar. Bununla bağlı onlar bu gün, 16 mart tarixində Cenublu.az-a müraciət ediblər.
Sakinlərin sözlərinə görə, xəstəxananın içərisi çöldən soyuqdur. Onlar bildirirlər ki, divarları, qapı-pəncərələri və döşəməsinin uçulub-dağıldığı xəstəxana binasının əsaslı təmir-bərpaya ehtiyacı var.
[URIS id=55995]