Astara rayonunun Səpnəkəran kəndi ərazisində yerləşən dirək qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 avqust tarixində verir.
Sakinlər bildiriblər ki, kəndin girişində yerləşən elektrik dirəyinin aşması an məsələsidir.
“Xahiş edirik, aidiyyəti qurumlar məsələni həll etsinlər, əks halda dirək aşacaq və bütün kənd işıqsız qalacaq”, – deyə onlar bildiriblər.