Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 avqust tarixində qurumun mətbuat xidmətinə istinadən verir.
9 avqust tarixində agentlik əməkdaşları Astara rayonunda 2 ictimai iaşə müəssisəsində həyata keçirdiyi monitorinqlər zamanı nöqsanlar aşkarlayıb.
Astara şəhərinin 28 May küçəsində yerləşən "White House" restoranı və Sadıx İmaməliyevə məxsus çayxanada qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı nöqsan aşkarlanıb.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.