Astarada Beynəlxalq Mədəniyyət günü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 aprel tarixində verir.
Tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ”Heydər Əliyev, mədəniyyət və incəsənət” mövzusunda film nümayiş olunub.
Bildirilib ki, ulu öndər Heydər Əliyev həmişə xalqın mədəni dəyərlərini, milli sərvətlərini qorumaq üçün mübarizə aparıb. Məhz dahi şəxsiyyətin torpağa, milli dəyərlərə dərindən bağlılığının nəticəsidir ki, 1969-cu ildən etibarən mədəniyyətimiz, milli mənəvi dəyərlərimiz, soy-kökümüz özümüzə qayıdıb.
Tədbir şagirdlərin mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam etdirilib.