Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Astarada qida sahəsində fəaliyyət göstərən ticarət və ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı nöqsanlar müəyyən olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 avqust tarixində verir.
Belə ki, Astara şəhəri, İstiqlaliyyət küçəsində yerləşən "Gənclik" çayxanasında və Abdullayev Emin Ehtibar oğluna məxsus mağazada qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı nöqsanlar aşkarlanıb.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.