Xəzərin Astara sahili tullantılardan təmizlənib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 iyul tarixində verir.
“Təmiz ölkəm” təmizlik aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional bölmələrinin, yerli icra orqanlarının əməkdaşlarının, yerli Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyinin və sakinlərin iştirakı ilə keçirilib. Aksiya zamanı müxtəlif növ tullantılar yığılaraq ərazilərdən daşınıb.