Astarada sağlamlıq imkanları məhdud oxucu üçün “Səyyar kitabxana” xidməti həyata keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 aprel tarixində verir.
Mərkəzi Kitabxananın əməkdaşları Artupa kənd sakini Zeynəb Abbaszadəni ziyarət ediblər. Onlar gənc oxucuya “Səyyar kitabxana” xidməti göstəriblər.