“Aztelekom” MMC-nin Cənub Regional filialının Astara şöbəsində səyyar kitabxana xidməti təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 mart tarixində verir.
Səyyar xidmət zamanı kitabxananın əməkdaşı Nigar Tağıyeva Mərkəzi Kitabxana Fonduna yeni daxil olmuş kitablar barədə ətraflı məlumat verib.
Tədbir Astara rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi əməkdaşlarının təşkilatçılığı ilə keçirilib.