Astara Dövlət Aqrar İnkişaf Mərkəzində səyyar kitabxana xidməti təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 mart tarixində verir.
Mərkəzin bir neçə əməkdaşı kitabxanaya üzv olub.
Tədbir Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsi əməkdaşlarının təşkilatçılığı ilə həyata keçirilib. Kitabxananın əməkdaşı Nigar Tağıyeva kitabxana fonduna yeni daxil olmuş kitablar haqqında ətraflı məlumat verib.
Sonda mərkəzin rəhbəri Etibar Abbasov təşkilatçılara minnətdarlığını bildirib.