Astaradakı Heydər Əliyev parkında ”Səyyar kitabxana” təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 avqust tarixində verir.
“Səyyar kitabxana”nın keçirilməsində məqsəd əhalinin asudə vaxtının səmərəli təşkili, oxucu marağının artırılması, mütaliə mədəniyyətinin yüksəldilməsidir.
Qeyd edək ki, tədbir Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən təşkil edilib.