Astarada Aprel şəhidi Pəncəli Teymurovun xatirəsi yad edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 aprel tarixində verir.
Görüş rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Burada P.Teymurovun ömür və döyüş yolu haqqında məlumat verilib.
Mərasim çərçivəsində şəhidin məzarı ziyarət edilib, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Daha sonra mədəniyyət nümayəndələri şəhidin ev-muzeyini ziyarət edərək onun ailə üzvləri ilə görüşüblər.