Astara Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi şəhidi Nurlan Əlövsət oğlu Rəhimovun ailəsi ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 avqust tarixində verir.
Ziyarətdə kitabxananın əməkdaşları və azyaşlı oxucular iştirak ediblər. Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova şəhidin həyatı, döyüş yolu və ev-muzeyindəki əşyaları haqqında iştirakçılara məlumat verib.
Sonda kitabxananın tərtibatçı rəssamı Aysel Əlizadənin çəkdiyi şəhidin portreti ev-muzeyinə hədiyyə olunub.