Astarada "Narkomaniyaya “yox” deyək" və "Erkən nikah cinayətdir" mövzularında tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 may tarixində verir.
Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilən tədbir Şahağac kənd 1 saylı məktəbində baş tutub. Çıxış edənlər yeniyetmə vaxtlarında qızların ailə qurmalarının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətməsi, bununla yanaşı, erkən nikaha məcbur etmənin cinayət tərkibi yaratması haqqında fikirlər bildiriblər. İştirakçılara mövzu ilə bağlı videoçarx nümayiş olunub və şagirdlərin sualları cavablandırılıb.
Yekunda qalereya tərəfindən təşkil edilmiş maarifləndirici sərgiyə baxış keçirilib.