Astarada avtomobil qaçırılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 avqust tarixində DİN-ə istinadən verir.
Avqustun 10-da Astara Rayon Polis Şöbəsinə Siyakü kəndi ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən ruhi-əsəb xəstəsi olan şəxs qısa müddətdə Pensər kəndi ərazisində avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.