Astarada oğul 71 yaşlı atasını öldürüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 avqust tarixində verir.
Hadisə rayonun Çürkəş kəndindəki evlərin birində baş verib. 71 yaşlı Qubad Cümşüd oğlu Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oglu, 46 yaşlı Rəşad hadisə yerindən uzaqlaşıb. Onun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcək.