Astarada Novruz bayramına həsr olunmuş nərd üzrə həvəskarlar arasında rayon turniri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 mart tarixində verir.
Yarışda 12 nəfər həvəskar mübarizə aparıb. I, II və III yerləri qazananlar Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.
Qeyd edək ki, yarışma Astara Gənclər Evində Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.