Astara şəhər 2 saylı körpələr evi-uşaq bağçasında “Nağıl saatı” keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 avqust tarixində verir.
Nağıl saatında kitabxananın əməkdaşı Aysel Əhmədova balacalara “Pıspısa xanım”, ”Qoğal” və ”Tülkü” nağıllarını oxuyub. Tədbirin sonunda “Nağıl saatı”nın ən fəal iştirakçısına jurnal hədiyyə olunub.
Qeyd edək ki, tədbir Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə baş tutub.