Astarada “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 iyun tarixində verir.
Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Ombudsmanın Cənub Regional Mərkəzinin, Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional Miqrasiya İdarəsinin, Astara rayon İcra Hakimiyətinin Hüquq şöbəsinin, Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının, Astara Pedaqoji Kollecinin, Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, M.Ə.Sabir adına şəhər 1 saylı, F.Əliyarov adına 6 saylı məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda insan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, onların insan alveri qurbanlarını gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri barədə söhbət açılıb.