Astara rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq” və “Erkən nikaha yox deyək!” mövzularında tədbir təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 avqust tarixində verir.
Tədbirdə gənc və yeniyetmələr arasında ciddi təhlükəyə çevrilən narkomaniya ilə mübarizə metodlarından, həmçinin erkən nikahın yaratdığı fəsadlardan bəhs edilib.
Mövzu ilə əlaqədar iştirakçılara “İradəsizlik” filmi nümayiş olunub.
Yekunda Astara Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.