Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Astarada Xəzər dənizinin sahilində maarifləndirici tədbir keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 may tarixində FHN-ə istinadən verir.
“Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə, o cümlədən balıq və digər su bioresurslarının sənaye ovunu həyata keçirən balıqçılıq subyektlərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib.
Həmçinin iştirakçılar fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə qaydaları ilə bağlı da maarifləndiriliblər. Sonda maarifləndirici broşürlər paylanılıb.