top
Astarada keçmiş bələdiyyə sədrini öldürən şəxs danışdı: “Həyat yoldaşıma sataşıb”
20 aprel 2024, 07:30
- +

Astarada keçmiş bələdiyyə sədrini öldürən şəxs danışdı: “Həyat yoldaşıma sataşıb”

Astara rayonunda keçmiş bələdiyyə sədrini öldürən şəxs 16 il müddətinə azadlıqdan məhrum olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 aprel tarixində Oxu.az-a istinadən verir.

Belə ki, sabiq sədri öldürən şəxs Astara rayonunun kəndində ailəsi ilə birgə yaşadığı yaylaq sahəsində təsərrüfat işləri gördükdən sonra heyvanları tövləyə qaytarmaq üçün meşəyə gedib.

Onun arvadı evdə tək qalan zaman sabiq sədr ona sataşıb, onunla intim münasibətdə olmaq istəyib. Meşədən qayıdan kişiyə arvadı baş verənləri danışıb. O isə qisas almaq niyyəti ilə sabiq sədri öldürmək qərarına gəlib.

Arvadına sataşdığı üçün mübahisə edib, əvvəlcədən götürdüyü balta ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Sabiq sədr aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

İstintaq orqanı tərəfindən öldürən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmə zamanı məlum olub ki, sabiq sədr öldürən şəxsin ögey dayısı imiş və o, arvadı və 10 aylıq övladı ilə birgə onun yaylaq evində qalaraq qoyunlarına baxıb.

Hadisə günü sabiq sədr onun arvadının evdə tək olmasından istifadə edib. Təqsirləndirilən şəxsin həyat yoldaşı məhkəmədə bu ifadəni verib:

“Yoldaşımla dayısı həyətdə çay içdilər. Sonra yoldaşım qoyunları gətirmək üçün getdi. Dayısı isə həyətdə əl-üzünü yuyan zaman əynində olan köynəyi çıxardı, evə girdi. Qurulanmaq üçün dəsmal istədi. Yoldaşımın harada olduğunu soruşdum. Dedi ki,, qoyunların dalınca gedib.

Daha sonra o, üstümə gələrək dedi: “Yoldaşını nə edirsən? Mən buradayam”. Dedim: “Qızın yaşdayam, sən nə edirsən?” Boşqabı götürmək istəyəndə əlimdən tutdu. Boşqab yerə düşərək sındı. Sonra dodağımdan, boynumdan öpdü, əynimdə olan xalatın zəncirbəndini açmağa başladı. Müqavimət göstərmək istəsəm də, gücüm çatmadı. O fiziki cəhətdən güclü idi. Bir əli ilə ağzımı tutdu və yerə yıxdı. Əlimlə əlini tutaraq mane olmaq istəsəm də, gücüm çatmadı.

O xalatımın zəncirbəndini açdıqdan sonra boğazımdan öpməyə başladı. Həyətdən səs gəldi. O, səs eşitdikdə üstümdən qalxdı. Dedi: “Əgər yoldaşına bu barədə desən, səni rüsvay edəcəyəm”. Sonra digər otağa keçdi.

Yoldaşım görməsin deyə dərhal xalatın zəncirbəndini bağladım və on aylıq uşağımı götürüb, həyətə, bulağın başına düşdüm”.

Təqsirləndirən şəxsin həyat yoldaşı qeyd edib ki, əri evə gələndə ağladığını, üz-gözünün qızardığını görüb: “Məndən nə üçün ağladığımı soruşanda ona dayısının mənə sataşdığını, onun yaxşı adam olmadığını, buradan köçmək istədiyimi dedim. Yoldaşım bunu eşidib ağladı, biabır olmayaq deyə bu barədə heç kimə heç nə deməməyi tapşırdı. Sonra qoyunları ayırıb tövləyə salacağını deyərək evdən çıxdı. Təxminən 1 saat sonra gəlib qoyunları tövləyə saldığını dedi”.

Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tahir 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətlə yetirilən şəxs keçmiş bələdiyyə sədri olub. Qətlə yetirilən zaman isə müəllim işləyirmiş.

Son xəbərlər

Bütün xəbərlər
08 avqust 2026, 17:15

Abituriyentlərin yarıdan çoxu kəndlərdən müraciət edib

Kriminal
08 avqust 2026, 16:32

Kafedə xanıma kobudluq etdi, döyüldü - MƏHKƏMƏ

İqtisadiyyat
08 avqust 2026, 15:50

Kənd sakinləri pullarını ən çox nəyə xərcləyir?

Kriminal
08 avqust 2026, 15:10

Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi

İqtisadiyyat
08 avqust 2026, 14:35

Azərbaycanda növbəti torpaq hərracları keçiriləcək

Bütün xəbərlər
08 avqust 2026, 14:00

Sabah hava necə olacaq?

Kriminal
08 avqust 2026, 13:20

Ötən gün Azərbaycanda 61 cinayətin üstü açılıb

Bütün xəbərlər
08 avqust 2026, 12:42

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Bütün xəbərlər
08 avqust 2026, 12:27

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Bütün xəbərlər
08 avqust 2026, 11:56

Müəllimlərin yaşayış yerinə uyğun vakansiya seçimi başladı

Bütün xəbərlər
08 avqust 2026, 11:25

Lənkəranda səki salındı, yol daraldı - VİDEO

İdman
08 avqust 2026, 09:50

Nəriman Axundzadənin "Erzurumspor"da ilk müsahibəsi - VIDEO

Bütün xəbərlər
08 avqust 2026, 09:16

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
07 avqust 2026, 17:56

Arazı üzərək Azərbaycana keçən əfqanlar TUTULDU

Bütün xəbərlər
07 avqust 2026, 17:31

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Kriminal
07 avqust 2026, 16:58

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb

Bütün xəbərlər
07 avqust 2026, 16:27

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
07 avqust 2026, 15:56

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
07 avqust 2026, 15:25

Ötən ay 13 stomatoloq məsuliyyətə cəlb edilib

Bütün xəbərlər
07 avqust 2026, 14:53

Sabah hava necə olacaq?

Kriminal
07 avqust 2026, 14:14

Bir gündə 55 cinayət açıldı

İqtisadiyyat
07 avqust 2026, 13:40

Kartdan köçürmədə sərbəstlik, qəbulda isə limit

Kriminal
07 avqust 2026, 13:05

Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Kriminal
07 avqust 2026, 12:36

Ötən gün Azərbaycanda xeyli silah-sursat aşkarlanıb

Oxşar xəbərlər