Astara rayonunda ümumi sahəsi 150 m² olan kafedə yanğın hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 aprel tarixində verir.
Belə ki, birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə və mətbəxin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.