top
Astarada gəlin qayınananı, ər isə arvadını döyüb
10 avqust 2023, 04:12
- ↺ +

Astarada gəlin qayınananı, ər isə arvadını döyüb

Astarada döyülmə faktı qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 avqust tarixində Azxəbər-ə istinadən verir.

Astara rayonunda 32 yaşlı Fəridə qayınanası Südabəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Fəridə və onun əri, 32 yaşlı Seymur barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham verilib.

Seymur isə arvadı Fəridəni döyməkdə təqsirli bilinib. Ər-arvad barəsində olan inzibati işlər ayrı-ayrı icraatlarda araşdırılıb və Astara Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə prosesində təqsirli bilinən Fəridə bildirib ki, 30 iyun 2023-cü ildə saat 22:00-da Seymurun ona xəyanət etməsinə görə qayınanası Südabə ilə aralarında mübahisə baş verib:

"Məni əvvəl qayınanam ağacla vurdu, sonra isə ərim başımı divara vurdu, təpiklə ayaq və diz nahiyələrimə vuraraq, məni döydü. Mən də ağacla qayınanamı vurdum”.

İş üzrə zərərçəkmiş Südabə deyib ki, son vaxtlar gəlini ilə aralarında mübahisələr artıb.

O qeyd edib ki, aralarında yaranan gərginlik zamanı gəlini onu döyüb. Zərərçəkmişin ifadəsinə görə, o və oğlu gəlini döyməyiblər.

Təqsirli bilinən Seymur qeyd edib ki, son vaxtlar arvadı ilə aralarında olan münasibətləri gərginləşib:

"Buna görə aramızda tez-tez mübahisə baş verirdi. Hadisə günü saat 22:00-da anam mənə zəng etdi. Evə gələndə anam ilə arvadımın mübahisə etdiklərini gördüm. Ancaq mən arvadımı vurmadım”.

Astara Rayon Məhkəməsinin qərarı ilə Seymur 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Fəridə isə 300 manat məbləğində cərimə olunub.

Son xəbərlər

Mədəniyyət
Bu gün, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
Bu gün, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
Bu gün, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
Bu gün, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
Bu gün, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
Bu gün, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Bu gün, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Bu gün, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Bütün xəbərlər
Bu gün, 12:20

43 yaşlı Saatlı sakini təcili yardım mərkəzinin həyətində öldü

Bütün xəbərlər
Bu gün, 11:52

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Bütün xəbərlər
Bu gün, 11:07

Qulağı kəsilən cəlilabadlı "İmişli balasıyam" deyəni öldürdü

Bütün xəbərlər
Bu gün, 10:30

Monqolustandan gətirilən quzu əti bahalaşdı

Bütün xəbərlər
Bu gün, 09:50

19 yaşlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:13

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Bütün xəbərlər
Bu gün, 00:01

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
Dünən, 19:00

Sentyabrda havanın temperaturu normadan yuxarı olub

Bütün xəbərlər
Dünən, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
Dünən, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Siyasət
Dünən, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
Dünən, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
Dünən, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Bütün xəbərlər
Dünən, 14:10

Sabah hava necə olacaq?

Oxşar xəbərlər