Astara rayonu, Şahağac kəndində dənizdə bir nəfər boğulub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 avqust tarixidə Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Müəyyən olunub ki, rayon sakini, 26 yaşlı Hüseynağa Səmədov dostu ilə dənizdə çimərkən boğulub.
Onun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən aşkarlanaraq sahilə çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.