Astara rayonunda çayxana alışıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 mart tarixində verir.
Hadisə Ojakəran kəndində qeydə alınıb. Ümumi sahəsi 32 kv.m olan çayxananın tavanı 6 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 1 kv.m sahədə yanıb.
Obyektin qalan hissəsi və bitişik tikililər yanğından mühəfizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.