Astara Dövlət Rəsm Qalereyasında ”Biz sevirik idmanı” adlı rəsm müsabiqəsi təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 mart tarixində verir.
Tədbirdə qalereyada təhsil alan və rayonun ümumtəhsil məktəblərini təmsil edən 20 nəfər həvəskar rəssamın əsərləri nümayiş edilib.
Bədən tərbiyəsi və İdman Gününə həsr olunmuş müsabiqədə fəxri yerləri qazanan rəssamlara və fərqlənən istedadlı gənclərə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.