Astara Dənizkənarı Park-Bulvarında azyaşlı oxucular üçün “Vətəni və təbiəti sevək” mövzusunda “Mütaliə saatı” baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyul tarixində verir.
Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova və kitabxananın əməkdaşı Aysel Əhmədova balaca oxucular üçün nağıllar oxuyub, onları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, tədbir Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə keçirilib və məqsədi azyaşlı uşaqlarda kitaba qarşı maraq oyatmaq, yay tətili günlərində onların asudə vaxtlarının səmərəli keçirilməsini təmin etməkdir.