Astara rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 avqust tarixində Apa-ya istinadən verir.
Hadisə 6 avqust tarixində saat 21:00 radələrində rayonun Səncərədi kəndi ərazisində qeydə alınıb. Astara sakini Təyyar Həbibov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə velosipedlə hərəkətdə olan 31 yaşlı Ramil Məmmədlini vurub.
Zərərçəkmiş Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.