Astarada “Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” mövzusunda tarix dərsi təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 aprel tarixində verir.
Tədbir Heydər Əliyev Mərkəzində S.Nəsirov adına Seləkəran kənd ümumi orta məktəbinin iştirakı ilə baş tutub. İştirakçılara “Aprel döyüşləri qəhrəmanı Pəncəli Teymurov” mövzusunda film təqdim olunub. Daha sonra mövzu ilə bağlı məlumatlar verilib.
Sonda iştirakçılar mərkəzin elektron kitabxanasında saxlanılan kitablardan və “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.