Astarada fərdi yaşayış evində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 aprel tarixində Apa.az-a istinadən verir.
Yanğın hadisəsi axşam saatlarında Astara rayonunun Marzəsə kəndində qeydə alınıb. 50 yaşlı Maarif Mütəllim oğlu Babayevə məxsus, ümumi sahəsi 260 kv.m olan 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və əşyaları tamamilə yanıb.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.