Astara rayonunda xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 mart tarixində Report-a istinadən verir.
21 yaşlı Rüfanə Xacaxanova yaşadığı evin 2-ci mərtəbəsindən yerə yıxılıb. Nəticədə gəncin bel fəqərəsi sınıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə paytaxtda yerləşən xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.