Astara çimərliyindəki nəzarətsiz ərazidə 17 yaşlı gənc boğularaq vəfat edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Ölən şəxs rayonun Şahagacı kənd sakini Rəsul Rasim oğlu Həsənovdur. Onun cəsədi ötən gün səhər saat 07:14-də tapılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.