Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbi qulluqcusu Əliyev Rafiq Hacıqulu oğlu Zaporojye istiqamətində həlak olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 avqust tarixində caliber.az-a istinadən verir.
Astara rayonunun Pensər kənd sakini, 42 yaşlı Ukrayna vətəndaşı Rafiq Əliyev bir müddət əvvəl itkin düşüb. Onun cəsədi bu yaxınlarda aşkar edilib.
Qeyd edək ki, Rafiq Əliyev müharibədən əvvəl Ukraynanın Luqansk vilayətinin sakini olub.