Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Astara rayonu ərazisində qida sahəsində fəaliyyət göstərən 2 ticarət müəssisəsi və 1 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı nöqsanlar müəyyən olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 avqust tarixində verir.
Belə ki, Astara rayonunun Təngərud kəndində Fəttayev Əminağa Niyazi oğluna məxsus mağazada obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi kimi nöqsan və Zaidova İsmirə Zaid qızına məxsus mağazada qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması və qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqlar aşkarlanıb.
Elədə də Astara rayonu, Pensər kəndində yerləşən Əliyev Bəhruz Gəncəli oğluna məxsus kafedə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu kimi nöqsanlar aşkar edilib.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.