Bəxtiyar Rüstəmov adına Astara rayonu Asxanakəran kənd tam orta məktəbində Vlll-Xl sinif qızları üçün seminarlar baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 sentyabr tarixində verir.
"Qayğı" Uşaq Hüquqlarının Müdafiəsinə Yardım İctimai Birliyinin əməkdaşları tərəfindən "Ucqar kəndlərdə məktəbli qızların sosial inkişafına dəstək", "Mənim təhsilim cəmiyyətin inkişafıdır", "Sosial həyatda fəal iştirak" seminarları keçirilib.
Seminarın sonunda fəal şagirdlərə sertifikatlar təqdim olunub.