Astara sakini həyətində kultivasiya yolu ilə çətənə kolları yetişdirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 iyun tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.
Astara RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində bu şəxsin Şahağacı kənd sakini N.İsayeva olduğu müəyyən olunub. Onun həyətində 5 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.