Azərbaycanda 2013-2020-ci illərdə xeyli qəsəbə və kənd adları dəyişdirilib. Bu Dövlət Statistika Komitəsinin çap etdiyi Azərbaycan Respublikasının İnzibati Ərazi Bölgüsü Təsnifatının yeni buraxılışında nəzərə alınıb.
Bu tendensiya cənub zonasında da müşahidə olunub. Belə ki, bu dövr ərzində Astaranın Telman kəndinin adı Çayoba, Qamışovka kəndinin adı Qamışoba, Cəlilabadın Təzəkənd kəndinin adı Çəmənli, İcarə kəndinin adı Eçara, Badamağac kəndinin adı Güneyli, Kövüzbulaq kəndinin adı Soyuqbulaq, Masallının Kalinovka kəndinin adı isə Viləş adları ilə əvəz olunub.