Lənkəran rayonunun Aşağı Nüvədi kəndində sahibsiz itlərin yaratdığı problem sakinlərin narahatlığına səbəb olub.
Cenublu.az xəbər verir ki, vətəndaşların sözlərinə görə, məhəllədə sahibsiz itlərin hücumu nəticəsində artıq 2 nəfər xəsarət alaraq xəstəxanaya müraciət edib.
Şikayətçilər xüsusilə uşaqların və yaşlıların təhlükə ilə üz-üzə qaldığını bildirirlər. Onlar sahibsiz itlərin ərazidən götürülməsi və təhlükəsizliyin təmin olunması üçün aidiyyəti qurumların tədbir görməsini istəyirlər.