top
Arıqlama çayı və qəhvələrinin istifadəsi hansı fəsadlara gətirib çıxarar?
16 mart 2025, 04:00
- ↺ +

Arıqlama çayı və qəhvələrinin istifadəsi hansı fəsadlara gətirib çıxarar?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən ay Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin birgə yaydığı məlumatda son dövrlər elektron ticarət yolu ilə kütləvi formada Azərbaycana gətirilən “arıqlama çayı və qəhvələr”in tərkibində güclü təsirə malik maddə hesab edilən “sibutramin” maddəsinin aşkarlandığı bəyan edilmişdi.

Bu xüsusda, əhaliyə piylənməyə qarşı sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik kimi elmi cəhətdən təsdiq olunan üsullara üstünlük vermələri və sağlamlığa ziyan gətirən belə məhsulların istifadəsindən uzaq durmaları da tövsiyə olunmuşdu.

Report.az mövzunun aktuallığını və insan sağlamlığı üçün önəmini nəzərə alaraq ölkəyə bu tip məhsulların gətirilməsi istiqamətində aidiyyəti dövlət qurumlarının hansı qabaqlayıcı tədbirlər gördüyünü, eləcə də tərkibində öldürücü maddənin olduğu “arıqlama çayı və qəhvələri” necə ayırd edə bilinər kimi suallara cavab tapmağa çalışıb.

Həkim-diyetoloq Leyla Zülfüqarlı bu kimi məhsulların olduqca təhlükəli olduğuna diqqət çəkib:

“Təəssüf ki, bir çox çayın tərkibində “sibutramin” maddəsinin olması gizli tutulur və insanlar məhsulun tərkibində bu maddənin olduğunu belə bilmir. Hətta deyərdim ki, böyük ehtimal bir çox çayların tərkibində həmin maddə var. İnsanlara aldıqları məhsulların tərkibini diqqətlə oxumağı tövsiyə edirəm".

Milli Məclisin deputatı Müşfiq Məmmədli isə vurğulayıb ki, həmin məhsulların insan orqanizminə zərər verəcəyi bilinərsə, o zaman satış təşkilatları məsul şəxslər inzibati məsuliyyət daşıya bilərlər.

Qeyd edək ki, “sibutramin” maddəsi 18 mart 2016-cı il tarixli qanunvericiliklə təsdiqlənmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. Bu tərkibdə malların gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə, yaxud bəyan və ya düzgün bəyan etməməklə keçirilməsi Cinayət Məcəlləsinin 206-cı maddəsi, buna əsaslar olduqda həmin Məcəllənin 240-cı maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur.

“Sibutramin” təsiredici maddəsinin, ümumilikdə 10 min 92 əlavə təsiri haqqında məlumatlar mövcuddur. Adıçəkilən maddənin əlavə təsirləri kimi baş ağrısı, yuxusuzluq, ağızda quruluq, başgicəllənmə, qəbizlik, qan təzyiqinin yüksəlməsi, depressiya, narahatlıq, yorğunluq, qusma, ishal, boğazda quruluq, miqren, miokard infarktı, hallüsinasiyalar, ürək-damar xəstəliklərinin kəskin ağırlaşması və ciddi risklərinin meydana gəlməsi, astma, koma, nitq qabiliyyətinin itməsi, qəfil ölüm və s. göstərmək olar. Bu səbəblərdən “sibutramin”in istifadəsi bir çox ölkələrdə dayandırılıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Oxşar xəbərlər