Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən elektrik dirəyi qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 iyul tarixində verir.
“Kapital bank”ın bankomatının yaxınlığında yerləşən dirək bir neçə dəfə təmir olunsa da, problem kökündən həll olunmayıb. Sakinlər bildiriblər ki, işdir dirək aşsa, bütün qəsəbə işıqsız qalacaq:
“Aidiyyəti qurumlardan xahiş edirik, elektrik dirəyini yenisi ilə əvəzləsinlər”.