Masallı RİH-nin başçısı Araz Əhmədov Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyun tarixində verir.
Görüşdə RİH başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Qəbulda 15 nəfər vətəndaşın bütün müraciət və təklifləri dinlənilib, qeydiyyatı aparılıb.
Araz Əhmədov qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.